Ermənistan

Erməni uşaqları məktəblərdə belə tərbiyə olunurlar - VİDEO

6 Aprel 2023 18:22
Baxış: 2 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə Ermənistandakı təhsil müəssisələrindən birindən kadrlar yayılıb. Görüntülərdə uşaqların necə azərbaycanafobiyanın qurbanları olduqları əyani şəkildə görünür.

Beləliklə, kadrlarda uşaqların sualların əksəriyyətinə Azərbaycana və türklərə qarşı nifrət ruhunda cavab verdikləri görünür, hərçənd, sualların özündə nə azərbaycanlıların, nə də türklərin adı çəkilir.

Məsələn, "əsgərlər nə edir?" sualına erməni oğlan uşağı belə cavab verir: "Türklərlə döyüşür".

Sonrakı suallar da eyni ruhda davam edir: "Əsgərlər gecələr ona görə yatmırlar ki, türklər gəlib torpaqlarımızı almasınlar", "əsgərlər türklərə atəş açırlar", "ordu olmasa idi, türklər bütün erməniləri öldürərdilər", "türklər erməniləri öldürəcəklər, qulaqlarını kəsəcəklər, Ermənistanı alacaqlar".

Bütün bunlar bu qədər məyusedici olmasaydı, çox gülməli olardı. Axı, bu sözlər erkən yaşlardan bu cür düşüncələrin və nifrətin aşılandığı məsum körpələrin ağzından çıxır.

Bu, Ermənistanın həqiqi simasını, riyakarlığını göstərir. Uşaqlarda Azərbaycana və türklərə qarşı nifrətin aşılanması ədavəti əsrlərlə uzatmaq və bunu gələcək nəsillərə ötürmək istəyindən xəbər verir. Bunu edən isə guya "Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamaq" istəyindən danışan ölkədir. Normal hökumətlər gələcək nəsillərə stabil, dinc ölkə ötürmək istədiyi halda, Ermənistan qonşusu ilə düşmən münasibətlərinə faktiki olaraq sərmayə qoyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.