Ermənistan

Ermənistanlı deputat: Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq

28 Mart 2023 19:58
Baxış: 1 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Putin Ermənistana gəlməyəcək və həbs olunmayacaq. Putin yaxşısı öz ölkəsində qalsın".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistan parlamentinin hakim "Vətəndaş Müqaviləsi" fraksiyasından üzvü olan Qaqik Melkonyan Ermənistanın Roma statunu tanıması fonunda Rusiya Prezidentinin İrəvana səfəri zamanı həbs edilməsi ehtimalına toxunarkən deyib.

"Bizə gəldikdə, əgər bu razılaşmanı təsdiqləmişiksə, onda öhdəliyimizi icra etməliyik. Qoy Rusiya Ukrayna ilə problemlərini həll etsin", - o deyib.

Ermənistanın müdafiə nazirinin sabiq müavini olmuş Qaqik Melkonyan Putinin İrəvana gəlməsini istəmədiyini də deyib.

"Əgər bu sənədi imzalamışıqsa, yaxşısı o Ermənistana gəlməsin. Əgər Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq, amma o bunu yaxşı bilir və buna görə gəlmək istəməyəcək", iqtidaryönlü deputat deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.