Ermənistan

Türkiyəli bloqer İrəvanda “bozqurd” işarəsi göstərib - VİDEO

21 İyul 2022 20:52
Baxış: 1 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Berkay Türkmen adlı türkiyəli bloqerin İrəvandan paylaşdığı videolar Ermənistanda səs-küyə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən bloqer İrəvandakı qondarma "erməni soyqırımı" abidəsinin qarşısında "bozqurd" işarəsi göstərib və bunu lentə alıb.

Bununla yanaşı, digər bir videoda Berkay Türkmenin İrəvan küçələrində üzərində Türkiyə bayrağı olan geyimdə gəzdiyini görmək mümkün olub. 

Sözügedən bu görüntülər Ermənistanda geniş müzakirələrə səbəb olub, bundan narahat olan ermənilər həmin bloqerin tapılması ilə bağlı şərhlər yazıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.