Amerika

ABŞ Qırğızıstana müraciət etdi - Əfqanıstandan çıxarılan hərbçilərini yerləşdirmək üçün

24 Avqust 2021 15:20
0 Şərh     Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Əfqanıstandan çıxarılan hərbi kontingentinin Qırğızıstan ərazisində yerləşdirilməsi üçün bu ölkəyə rəsmi müraciət ünvanlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev bəyan edib.

Nazri qeyd edib ki, bu formatda əməkdaşlıq məsələsi hələ ki, gündəmdə deyil.

O, xatırladıb ki, Qırğızıstan əvvəllər də NATO hərbçilərini qəbul edib. 2001-2009-cu illərdə alyansın qoşunları "Manas" aeroportundakı hərbi bazadan istifadə edib.

Həmçinin, Kazakbayev vaxtilə ABŞ ordusunun Qırğızıstanda yerləşdirilməsi barəsində müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparıldığını da bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.