Amerika

Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq

4 İyul 2026 22:35
Baxış: 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Mən Xameneinin dəfn mərasimini izləyirəm. Əslində biz (oradakıların - red.) hamısını məhv edə bilərik. Amma o zaman danışıqlar aparacaq heç kim qalmayacaq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp "Axios" portalına müsahibəsi zamanı deyib.

Tramp ABŞ və İran tərəfinin dəfn mərasimi bitənə qədər danışıqlara bir həftəlik fasilə vermək qərarına gəldiklərini bildirib.

"Xameneinin dəfn mərasimi zamanı heç bir tərəf digərinə atəş açmayacaq. İranlılar razılaşma üçün yalvarırlar. Xameneinin dəfn mərasimində iranlıların ağladığını görəndə təəccübləndim. Çünki mən insanların ona nifrət etdiyini düşünürdüm". - Tramp deyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.