Hadisə

Xırdalanda avtomobil yandı - (Video)

24 Avqust 2026 10:09
Baxış: 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonunun Xırdalan şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində "Hyundai" markalı minik avtomobilində baş verən yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.