Hadisə

Qazaxda 3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

24 Avqust 2026 10:00
Baxış: 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qazaxda 3 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Milli.Az xəbər verir ki, rayonun Xanlıqlar kəndi ərazisində 1997-ci il təvəllüdlü Şadət Məhəmməd Mustafayev oğlu idarə etdiyi "Mersedes" markalı avtomobillə 1968-ci il təvəllüdlü Məqsəd Oruc oğlu İbrahimovun idarə etdiyi "Opel" markalı avtomobillə toqquşub.

Nəticədə "Opel" markalı avtomobilin sürücüsü Məqsəd İbrahimov və həmin avtomobildə sərnişin qismində olan 1955-ci il təvəllüdlü Mustafayev Fəxrəddin Mustafa oğlu hadisə yerində, 1958-ci il təvəllüdlü Mustafayeva Sakibə Camal qızı Qazax rayon Mərkəzi Xəstəxanasında ölüb. "Mersedes" markalı avtomobilin sürücüsü Şadət Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qazax RPŞ-də CM-nin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.