Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonunun Xırdalan şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Milli.Az xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində "Hyundai" markalı minik avtomobilində baş verən yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)