Amerika

Çin ABŞ-ın “Demokratiya sammiti”ni tənqid atəşinə tutdu

2 Dekabr 2021 17:36
Baxış: 1 422
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"ABŞ-ın təşkil etdiyi "Demokratiya Sammiti" dünyada parçalanma və qarşıdurma yaradır, ölkələr arasında birliyə və əməkdaşlığa ciddi zərbə vurur".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Benbin deyib.

O, məhz bu məqamlara görə, bir çox ölkələrin sammitə qarşı çıxdığını bildirib.

Onun sözlərinə görə, ABŞ öz standartlarına uyğun siyasət həyata keçirir, ölkə və regionların bir qismini  ABŞ demokratiyası düşərgəsinə qoşmaq istəyir, bu zaman digər qisim ölkələr qeyri-demokratik adlandırılır.

"Bu cür davranış beynəlxalq sülh və sabitliyi təhlükə altında qoyur. Təbii olaraq, beynəlxalq ictimaiyyət buna qətiyyətlə qarşı çıxır", - deyə Çin XİN rəsmisi bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.