Xəzər dənizinin şimal sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib.
Milli.Az RTV-yə (Region TV) istinadən xəbər verir ki, balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib. Onlar da bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verib. Hazırda balıqçıların axtarışları istiqamətində FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları səylərini davam etdirir.
Xəzər dənizində itkin düşən balıqçılar rayonun Tikanoba kənd sakinləri Həmzəbəy Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur.
Milli.Az





