Rusiya

Rusiya-Ukrayna müharibəsi yekunlaşır?

7 Yanvar 2026 17:40
Baxış: 1 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsində davamlı sülhə doğru mühüm mərhələyə yaxınlaşıldığını bildirib.

Milli.Az xəbər verir ki, "Anadolu" Agentliyinin məlumatına görə, o bu barədə Parisdə keçirilən "Könüllülər koalisiyası" toplantısından sonra jurnalistlərə açıqlama verib.

Nazirin sözlərinə görə, sülh üçün əsas hesab olunan mövzular hazırda konstruktiv şəkildə müzakirə edilir və danışıqlar təkcə müharibənin dayandırılmasını deyil, həm də Rusiya ilə Avropa arasında uzunmüddətli sabitliyin qurulmasını əhatə edir.

Hakan Fidan qeyd edib ki, mümkün razılaşmadan sonra atəşkəsə nəzarət, təhlükəsizlik tədbirləri və pozuntuların qarşısının alınması gündəmdə olacaq. O, həmçinin Türkiyənin NATO üzvü və Qara dənizdə güclü donanmaya malik ölkə kimi təhlükəsizliyin təminində fəal rol oynamağa hazır olduğunu bildirib.

Nazir əlavə edib ki, sülhdən sonra Ukraynanın iqtisadi bərpası və infrastrukturun yenidən qurulması da əsas prioritetlər sırasındadır.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.