İqtisadiyyat

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası tədarük olunacaq - BU TARİXDƏ

7 Yanvar 2026 19:06
Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.