Pakistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, Pəncab əyalətində sərnişin avtobusu təqribən 30 metr dərinliyində olan dərəyə aşıb.
Hadisə nəticəsində 5 nəfər həlak olub, 24 nəfər yaralanıb.
Qəzada sağ qalanların xilas edilməsi ilə bağlı əməliyyat 2 saatdan çox davam edib.
Milli.Az





