Cəmiyyət

3 oğul anasının etirafı müzakirə yaratdı: "Başqaları ilə yazışmışam, telefonla danışmışam" - VİDEO

7 Yanvar 2026 17:00
Baxış: 1 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Təsir dairəsi" verilişində səsləndirilən etiraf birmənalı qarşılanmayıb.

Milli.Az xəbər verir ki, üç oğul anası olan bir qadın ailəli olduğu dövrdə sosial şəbəkələrdə müxtəlif şəxslərlə yazışdığını və ünsiyyətdə olduğunu etiraf edib. O, bununla yanaşı bildirib ki, halalı olmayan heç bir şəxsin heç vaxt ona toxunmasına və ya həddini aşmasına imkan verməyib.

Qadının bu açıqlamaları studiyada gərgin müzakirələrə səbəb olub. Proqram ekspertləri fikirləri müxtəlif cür dəyərləndiriblər. Eyni zamanda, verilişdən yayılan kadrlar sosial şəbəkələrdə də paylaşılaraq geniş rezonans doğurub.

İzləyicilərin bir qismi bu etirafı qəbuledilməz sayaraq etiraz edib, digərləri isə mövzuya fərqli prizmadan yanaşıb. Nəticədə qadının açıqlamaları həm studiyada, həm də sosial mediada müzakirə və tənqid obyektinə çevrilib.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.