Amerika

Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi

7 Yanvar 2026 19:46
Baxış: 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi".

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.

O vurğulayıb ki, Rusiya və Çin ABŞ-a görə NATO-dan qorxmur və bu ölkələrin Alyansa münasibəti şübhəlidir.

"Əgər mənim müdaxiləm olmasaydı, Rusiya indi bütün Ukraynaya sahib olardı. Rusiya və Çin ABŞ-a görə NATO-dan qorxmur və şübhə edirəm ki, NATO-ya həqiqətən ehtiyacımız olsaydı, bizi dəstəkləyərdi", - Tramp paylaşımında bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə ölkə onun tərəfindən yenidən qurulmuş ABŞ-dır.

"Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə ölkə Donald Tramp tərəfindən yenidən qurulmuş ABŞ-dır", - o, vurğulayıb.

Tramp, həmçinin Nobel Sülh Mükafatı məsələsinə toxunaraq, NATO üzvü olan Norveçin ona bu mükafatı verməməyi seçdiyini bildirib.

"NATO üzvü Norveç axmaqcasına mənə Nobel Sülh Mükafatını verməməyi seçdi, amma bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan milyonlarla insanın həyatını xilas etməyimdir", - Tramp qeyd edib. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.