Mədəniyyət

Ramiz Əzizbəyli: "Sərbəst yeriyə bilmirəm"

26 Avqust 2015 19:02
9 Şərh     Baxış: 2 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Ramiz Əzizbəyli səhhəti ilə bağlı danışıb. Milli.Az xəbər verir ki, sənətkar lent.az-a açıqlamasında müalicəsini ev şəraitində davam etdirdiyini, özünü yaxşı hiss etsə də yeriməyində hələ də problem olduğunu vurğulayıb: "Əhval-ruhiyyəm  yaxşıdır. Müalicələrin təsiri var. Dərmanları da getdikcə azaldıram. Həkimə gedib-gəlirəm, müayinə edirlər. Hər şey yaxşıdır. Hamıya minnətdaram. Şəhərə, küçəyə çıxıram, gəzirəm. Sərbəst yeriyə bilmirəm, bir az qıçımı çəkirəm. O da yaşımla bağlıdır. Şükür, yataqda deyiləm. Yaradıcılığımı dayandırmışam. Artıq təqaüddəyəm, universitetə də gedib-gəlmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.