Mədəniyyət

Aktyorlarımızın vokal imkanları - ARAŞDIRMA

14 Noyabr 2013 01:30
0 Şərh     Baxış: 2 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Hər bir rejissor istəyər ki, mahnıları aktyorlar özləri oxusunlar"

Aktyorlarımızın vokal imkanları Milli.Az-ın araşdırmasında.
 

Teatr və kino musiqisini, üstəlik, aktyorların özlərinin ifa etdikləri mahnıları böyük tarixə malik bu iki sənət növünün görünməyən, amma çox sirayətedici qanadları adlandırmaq olar. "Ruhun qidası" olan musiqi ümumilikdə süjetin açılmasında və təsir gücünün daha sərrast olmasında, eləcə də ayrı-ayrı obrazların daxili aləminin daha canlı təqdim olunmasında müstəsna və zərif əhəmiyyətə malikdi. Bütün bunlar isə ən əsas amilin - aktyorun öz rolunu, belə deyək, ruhsal 3D formatında çatdırmasının - bərqərar olmasında da bu keyfiyyətin önəmini danmaq mümkünsüzdü.
 

Teatr və kinomuzda aktyorların imkanlarından küll halında istifadə olunduğu məqamların məhz ötən əsrin 1960-70-ci illərində baş verməsi təsadüfi deyil - sadəcə bir daha xatırladaq ki, bir neçə sovet respublikasının nailiyyətləri sayəsində o illər keçmiş SSRİ-nin tarixinə yüksəliş dövrü kimi yazılıb və həmin o bir neçə respublikaya bizim məmləkət də aiddir. O illərin teatr və kino tarixini təşkil edən tamaşa və filmlərdə aktyorların özlərinin mahnı ifaçılığının teatr səhnələrində daha tez-tez baş verdiyini, özü də bu ifaların, ya da mahnıların ömrünün tamaşa seansı ilə bitmədiyini də bilirik. Məsələn, Akademik Milli Dram Teatrının aktrisaları Amaliya Pənahovanın, mərhum Sevil Xəlilovanın tamaşalarda oxuduqları mahnılar tamaşaçı və dinləyicilərin musiqi zövqünün formalaşmasına, mahnı janrının tarixinin maraqlı səhifələrinin yazılmasına da öz töhfəsini verib. Eyni sözü kino tariximizə aid etmək olar, bir fərqlə ki, kinofilmlərimizdə bu proses adda-budda olsa da, nə yaxşı ki bir qədər uzun dövrü əhatə edir. Teatrımızın nəğməkarlığı barədə isə təəssüf ki, belə söyləmək olmur.
 

Milli.Az olaraq araşdırma ilə bağlı fikirlərini öyrənmək istədiyimiz ilk şəxs əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev oldu. C.Quliyevin fonoqrafiyasında 60-dan çox kino və televiziya tamaşasına və 10-dan çox teatr tamaşasına bəstələnmiş musiqi nümunələri var. Məsələn, "Qəm pəncərəsi", "Lətifə", "Fəryad", "Yarımştat", "Ac həriflər", "Sevgililərin cəhənnəmdə vüsalı", "İydə ağacı", "Aydın" və s.
 

C.Quliyev:
 

- Filmin, tamaşanın sahibi rejissordur. Hər bir rejissor istəyər ki, mahnıları aktyorlar özləri oxusunlar.

- Tamaşaların və ya filmlərin mahnı komponentinin ərsəyə gəlməsi necə baş verib? Rejissor-bəstəkar müzakirələrini nəzərdə tuturam...
 

- Bu və ya digər mahnı ilə bağlı rejissorlarla mübahisələrimiz, fikir ayrılığımız olmayıb. Filmlərə və ya tamaşalara yazdığım mahnıların hamısı süjetin açılmasına xidmət edib. Bəzi epizodlarda musiqinin, ümumiyyətlə, olub-olmamasını təklif etmişəm...
 

Fonoqrafiyasında onlarla film və tamaşa musiqisi olan (məsələn, "Ailə", "Qaravəlli", "Şahid qız", "Ovsunçu", "Əlvida, cənub şəhəri!", "Girov", "Sarı gəlin", "Yuxu", "Afət", "Mesenat", "Hamlet" və s.) xalq artisti Səyavuş Kərimi də mövzu ətrafında düşüncələrini saytımızın oxucuları ilə bölüşdü:
 

- Bu sahə ilə Mədəniyyət və İncəsənət Universiteti məşğul olmalıdır. Universitetin aktyorluq fakültəsi gələcək aktyorların bacarığının bu tərəfinə bir qədər çox diqqət ayırmalıdır. Aktyorlarımızın ifaçılıq bacarığından danışanda şəxsən məni ən çox qane edən Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri idi. Həyatda olanlardan isə Ramiz Əzizbəylinin adını çəkə bilərəm. Ümumiyyətlə isə bizim aktyorlarların bu sahədəki təcrübə və bacarıqlarını başqa ölkələrin aktyorları ilə müqayisə edəndə bizimkilərin də onlara çatmasını istərdim. Bu mənada Rusiya aktyorlarının təcrübəsi bizim aktyorlara örnək ola bilər.
 

- Sizin təcrübənizdə adətən necə olur - filmin, ya da tamaşanın musiqi həlli rejissorla müzakirələrinizin nəticəsi olaraq meydana gəlir, yoxsa rejissorun fikri həlledici olur?
 

- Elə olub ki, lap əvvəldən filmdə və ya tamaşada mahnının olması nəzərdə tutulmayıb, amma mənim təklifimdən sonra mahnının səslənməsi məqbul hesab edilib...
 

- Bəs mahnıların ifaçısının aktyor və ya müğənni olması məsələsi necə həll olunur?
 

- Bu vaxta qədər musiqi həllinə cəlb olunduğum tamaşa və filmlərdə ifaçıları özüm seçmişəm. Musiqisini bəstələdiyim filmlərdə mahnıların peşəkar müğənnilər tərəfindən ifa olunmasına üstünlük vermişəm. Tamaşalarda isə müxtəlif cür olub. Məsələn, Rus Dram Teatrının "Kəpənəklər" və "Fərhad və Şirin", Musiqili Komediya Teatrının "Kimyagər" tamaşalarına yazdığım mahnıları aktyorlar özləri ifa etmişdilər. Əlbəttə, musiqili komediya aktyoru üçün mahnı ifa etmək bacarığı vacib şərtdi. Rus Dram Teatrının aktyorları barəsində isə deyə bilərəm ki, bu işin öhdəsindən çox yaxşı gəldilər, çox razı qaldım.
 

- Həmin tamaşalarda mahnıları hansı aktyorlar ifa etmişdilər?
 

- Musiqili Komediya Teatrında Afaq Bəşirqızı, Əkbər Əlizadə, Rus Dram Teatrında Fuad Osmanov, Salman Bayramov, Oleq Əmirbəyov ifa etmişdilər.
 

- Tamaşalar və ya filmlər üçün yazdığınız mahnının müstəqil həyat qazandığı hallar olubmu?
 

- Yox, belə bir hal olmayıb. O mahnılar sırf filmlər, tamaşalar üçün yazılıb. Filmdə musiqi ssenarinin dramaturgiyasına söykənir, tamaşada hadisələrin təsir qüvvəsini artırmaq funksiyası daşıyır. Həm də dediyim kimi, bu sahə bizdə daha inkişaf etmiş səviyyədə olsaydı, yəqin ki, başqa ölkələrin aktyorları kimi rolda ifa etdikləri mahnıların həyatı daha uzun ola bilərdi. Bunun üçün isə aktyorlarımız bu cəhətə daha çox fikir versələr, yaxşıdı. Yeri gəlmişkən, mən bəzi aktyorların müğənnilik etməsini bəyənmirəm. Amma aktyorlarımız yaradıcılıqlarının haqqında danışdığımız tərəfini inkişaf etdirsələr, çox yaxşı olar.
 

Samirə Behbudqızı
Milli.Az

 

Azərbaycanın kino incilərindən:

Kinomuzun əcnəbi cəngavərləri - ARAŞDIRMA - FOTO

"Belə gənclərin qədrini bilmək lazımdır..."

Əməkdar incəsənət işçisi: "Yaşar Nuri, Fuad Poladov, Fəxrəddin Manafov kimi aktyorlarla..." - FOTO

"Fuad Poladov, Həsənağa Turabov, Səməndər Rzayev, Yaşar Nuri, kimi aktyorlarla..."


"Sehrli xalat"ın sehrinə düşənlərdən birinin xatirələri - FOTO


Azərbaycanın məşhur aktyoru: "Sonra bəyəndiyim qızla ailə həyatı qursaq da..."


Ekrandakı jurnalist və ya Müxtəlif qadınlarla xəyanət...


Eyzenşteynlə Kozintsevin tələbəsi Bakıda qısqanclıqla qarşılaşıb - FOTO


"Çəkilişlərdə məzəli bir hadisə olmuşdu..." - FOTO - MÜSAHİBƏ


Ramiz Əzizbəyli: "Məni öldürmək istəyirdilər..." - MÜSAHİBƏ


"Kinostudiyanın yanından keçəndə o tərəfə baxmıram" - FOTO


"Babamı qınayanlar haqlı deyillər" - FOTO


Cəbiş müəllim damdan niyə yıxılıb?


Ürəyini səsinə verən müğənninin oğlu: "Atamla şəhərə çıxıb iki addım getmək mümkün deyildi" - FOTO


Artistlik etməyən Aktyor: gülə-gülə ölən Əliağa Ağayev son filmində niyə ağlamışdı? - FOTO


Üç dəfə ailə quran Barat Şəkinskaya hər ayrılığında qızına sadəcə... "hazırlaş, köçürük" deyib - FOTO

"Dəli Kür" filminin Rus Əhmədini erməni öldürüb - FOTOSESSİYA

"Əhməd haradadır"ın Ceyranı: "Bakıda aldığım travma mənə ömürlük bəs etdi"- FOTO-VİDEO

Rəna Səlimova: "Aktrisa olduğum üçün həyat yoldaşımın ailəsi məni qəbul etmirdi" - FOTO 

"Yeddi oğul istərəm"in Qəqənisi: "İçimdəki "ağlamaq mexanizmini" işə saldım və ..." - FOTO 

"Asif, Vasif, Ağasif" filminin Asifi: "Xristianlığı qəbul edəndə ailəm şoka düşdü" - FOTO 

Tamara Ağamirova: ""O olmasın, bu olsun" filmini tənqid еdənlər sırasında mənim gələcək həyat yoldaşım da var idi" - FOTOSESSİYA 

Bəstəkar Emin Sabitoğlunun qızı: "Atamın Xədicə Abbasova ilə evlənməsini yaxşı qarşılaya bilməzdik" - FOTO

Fuad Poladov: "Təlxək rolunu oynayana "xalq artisti" adı verdilər, o da Qacarı yaratmış aktyora - Hamletə "sağ əlim sənin başına" deyirdi"

Qara Qarayevin oğlu Fərəc Qarayev: "Evə gələndə üst-başı qan içində idi..." - FOTO

Bəstəkar Nazim Mirişli: "Futbolun ucbatından Bethovenin konsertini ifa etməkdən məhrum oldum" - FOTOSESSİYA

Bakı nostaljisi: Azərbaycan yəhudiləri haqqında film çəkiləcək - FOTO 

Azərbaycanın cizgi filmlərini hansı məşhurlar səsləndiriblər?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.