Şou-biznes

"Kızılcık şerbeti"ndə yeni sima - FOTO

4 Noyabr 2025 22:35
Baxış: 485
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialında bu həftə tamaşaçıları böyük dəyişikliklər gözləyir. Məlumata görə, bir neçə əsas obraz serialdan ayrılacaq.

Milli.Az xəbər verir ki, serialda Doğa obrazını canlandıran Sıla Türkoğlu, Mustafa rolunu oynayan Emrah Altıntoprak və Işıl obrazına həyat verən Ece İrtem canlandırdıqları qəhrəmanların ölümü ilə ekran işi ilə vidalaşacaqlar.

Bundan əlavə, Firaz rolunu ifa edən Batuhan Bozkurt Yüzügüleç isə şəhəri tərk edərək serialdan ayrılacaq.

Bu hadisələrdən sonra serialda zaman keçidi (time skip) olacaq və Ünal ailəsinə yeni bir obraz daxil olacaq. Həmin sürpriz obrazı isə tanınmış aktrisa Özge Borak canlandıracaq.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.