“Qurbanovun eyni klubda 17 il işləməsi inanılmazdır” - Mareska
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Çelsi"nin baş məşqçisi Enso Mareska bu gün Londonda mətbuat konfransı keçirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"la keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
45 yaşlı italiyalı mütəxəssis "Qarabağ" haqda müsbət fikirlər səsləndirib: "Onlar yaxşı komandadırlar. "Benfika" və "Kopenhagen"i məğlub ediblər. "Bilbao"ya da qalib gələ bilərdilər, amma sonda uduzdular. Fərqli səbəblərə görə bu şübhəsiz ki, çətin oyun olacaq. "Qarabağ" həm çox güclü, həm də çox enerjili komandadır. Onların pressinq tərzi və uzun illərdir eyni baş məşqçi ilə işləmələri bu fikri daha da möhkəmləndirir. Ev oyunlarında, xüsusilə daha aqressiv və intensiv çıxış edirlər. Qarşılaşmaya gəldikdə isə bu oyun bizə Çempionlar Liqasında ardıcıl üçüncü qələbəni qazandıra bilər. Əlbəttə, bəzi futbolçuları rotasiya etmək lazım olacaq. Çünki cümə günü səhər saat 6-da Londona qayıdacağıq və şənbə günü oyun var. Biz uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq".
Çalışdırıcı həmçinin Qurban Qurbanov barədə danışıb: "Qarabağ"ın baş məşqçisinin uzunmüddətli fəaliyyətinə gəlincə, bu mənim indiyə qədər gördüyüm bir şey deyil. Sadəcə inanılmazdır. Eyni klubda 17 il işləmək - bu həqiqətən heyrətamizdir. Burada (Kobhamda) olmaq vacib idi. Həm oyuna hazırlaşmaq, həm də uçuşu nəzərə alaraq bütün enerjini bərpa etmək baxımından hər iki vəziyyəti tarazlaşdırmağa çalışırıq. Biz İngiltərə vaxtına uyğun qalacağıq. "Qarabağ" da bizim kimi iki qələbə qazanıb. Onlar çox yaxşı və təşkilatlanmış komandadır. Bu, çətin oyun olacaq".
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır
-
"Barselona" UEFA Çempionlar Liqasında antirekordunu yeniləyib
-
"Borussiya Dortmund" futbolçuları stadionda duş almaqdan imtina etdi – SƏBƏB
-
“Qarabağ”ın “Sabah”la bağlı paylaşımı müzakirələr yaratdı – (Video)
-
Sergen Yalçın: “Yığmaya hücumçunu "İnstaqram"dan tapacağam"
-
“Borussiya” “Qarabağ”a təşəkkür etdi - (Foto)
XƏBƏR LENTİ
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi
-
Dueyn Conson tanınmaz halda - (Foto)
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
Telefonları folqaya bükməyə başladılar
-
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlandı
-
Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
Ərdoğanın geyimində diqqətçəkən məqam - (Foto)
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı - (Foto)
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır
-
Halit Ergenç və Məryəm Üzərli Misirdə - (Foto)
-
Sabah Yasamal və Binəqədidə işıq olmayacaq
-
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - (Foto)
-
Bu gündən varlanmağa başlayacaq bürclər
-
Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - (Video)
-
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
-
"28 Mall"un qarşısında ölüm - təfərrüat





