3 həftədən çox davam edən öskürək bu ölümcül xəstəliyin xəbərçisidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzunmüddətli öskürək ağciyər xərçənginin əlaməti ola bilər.
Milli.Az xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) mütəxəssisləri xəbərdarlıq ediblər ki, üç həftədən çox davam edən öskürək ağciyər xərçənginin ilkin əlaməti ola bilər.
Bu barədə Daily Mirror nəşri məlumat yayıb.
Həkimlərin sözlərinə görə, öskürək çox vaxt soyuqdəymə, qrip və ya COVID-19 kimi daha yayılmış səbəblərlə bağlı olur, lakin bəzən bu simptom bədxassəli şişin yaranmasına da işarə edə bilər. NHS məlumatında qeyd olunur ki, davamlı və ya getdikcə güclənən öskürək, təkrarlanan tənəffüs yolu infeksiyaları, qanlı bəlğəm, nəfəs alarkən və ya öskürərkən ağrı, daimi təngnəfəslik, yorğunluq, iştahsızlıq və izahsız çəki itkisi ciddi narahatlıq siqnalı ola bilər.
Ağciyər xərçənginin nisbətən az rast gəlinən əlamətləri arasında barmaqların formasında dəyişiklik, udmada çətinlik, xırıltılı nəfəsalma, səsin batması və üz və ya boyun nahiyəsində şişkinlik də göstərilir.
Həkimlər bildirirlər ki, xəstəliyin əsas riski siqaret çəkmə ilə bağlıdır. Statistikaya görə, ağciyər xərçəngi hallarının 70 faizindən çoxu məhz siqaret istifadəsi ilə əlaqəlidir. Digər risk faktorlarına radon qazı, asbest və kömür buxarları ilə uzunmüddətli təmas daxildir.
Mütəxəssislər insanlara üç həftədən artıq davam edən öskürək hallarında mütləq həkimə müraciət etməyi tövsiyə edirlər.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəncirbənddəki kiçik metal parça nə işə yarayır? Çoxu səhv istifadə edir
-
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
-
Günün qoroskopu: Daxili səsinizə güvənin
-
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
-
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
-
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
-
Xırdalanda külək dam örtüyünü maşınların üzərinə uçurdu
-
17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - (Video)
-
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - (Video/Foto)
-
PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
-
Qızının uğuru Gülayı ağlatdı - (Video)
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur
-
Prezident İlham Əliyev: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
-
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik edib
-
"Klon"un aktrisası xəstəxanaya yerləşdirildi - (Foto)
-
Ağstafada sursat partlayışında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb





