Almaniyanın Hessen federal əyalətində koronavirusun yeni "omikron" ştamına 4 yoluxma halı müəyyən edilib.
Milli.Az "Report"a istinadən bildirir ki, yoluxanların hamısı hazırda karantinə salınıb.
Onların hansı ölkədən gəldiyi araşdırılır.
Bundan əvvəl Şimali Reyn-Vestfaliya federal əyalətində Cənubi Afrikadan gələn iki nəfərdə yoluxma aşkarlanıb.
Ümumilikdə, Almaniyada təhlükəli hesab edilən ştama yoluxanların sayı 6 nəfər təşkil edir.
Milli.Az