Hadisə

Ağır QƏZA: ölənlərin adları məlum oldu - Yenilənib

26 Oktyabr 2025 09:58
Baxış: 774
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün səhər saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verən qəzada ölən şəxslərin kimliyi məlum olub.

Hadisə nəticəsində "Kamaz" və "Qazel" markalı yük avtomobilləri toqquşub.

Nəticədə "Qazel"in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

XXX

09:00

Bakı-Qazax avtomagistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, ilkin ehtimallara əsasən, qəza mişar daşı daşıyan qoşqulu "KamAZ" markalı yük maşını ilə balıq daşıyan digər yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə Ağdaş və Yevlax rayonlarının inzibati sərhədlərinin yaxınlığında qeydə alınıb. Güclü zərbənin təsirindən balıqlar yola və ətraf əraziyə səpələnib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və maşında sıxılmış vəziyyətdə qalan şəxslərin çıxarılması istiqamətində xilasetmə işləri aparılır. İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və ağır yaralananlar var.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.