Dünya

Ana ağlayan körpəsini öldürdü

26 Oktyabr 2025 10:35
Baxış: 455
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Kamışlov şəhər məhkəməsində ana körpəsini öldürüb.

Milli.Az yerli mediaya istinadla bildirir ki, hadisə Elan qarnizonunda baş verib.

İstintaqın versiyasına görə, 20 yaşlı ana körpənin ağlamasına dözə bilməyib və qızı güclə divanın üstünə atıb. Əvvəlcə qadın körpəni təsadüfən yerə saldığını iddia edib, lakin məhkəmə-tibbi ekspertizası müəyyən edib ki, ölüm boğulma nəticəsində baş verib.

Hadisədən sonra qadın evi tərk edərək qəbiristanlığa gedib və orada anasının məzarı yanında təxminən bir saat vaxt keçirib. Daha sonra o, ərinə vida mesajı göndərib və şəhərdən uzaqlaşıb. Həmin gün o, Pışminski rayonu avtovağzalında saxlanılıb.

Qadını 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. İstintaq baş verənlərin bütün hallarını müəyyən etməyə davam edir. /Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.