Dünya

Kiyevə dron hücumu: çox sayda yaralı var

26 Oktyabr 2025 09:16
Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oktyabrın 26-na keçən gecə Rusiya ordusu Kiyevə kütləvi dron hücumu həyata keçirib.

Milli.Az xəbər verir ki, hücum nəticəsində paytaxtda yanğın baş verib, ümumilikdə 26 nəfər xəsarət alıb, onların arasında altı uşaq var.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, saat 02:23 radələrində Kiyev istiqamətinə bir qrup "Şahed" tipli kamikadze dronu hərəkət edib. Bir neçə dəqiqə sonra şəhərdə hava həyəcanı elan olunub.

Zərbələr əsasən Desnyanski və Obolonski rayonlarına dəyib. Hadisə yerinə xilasedicilər və tibb briqadaları cəlb olunub. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.