Rusiyanın İrkutsk şəhərində mamont peyda olub və yolun ortasında ilişib qalıb.
Mili.Az bildirir ki, bu barədə "Readovka" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, pis hava şəraiti Bratsk-İrkutsk magistralında tıxacın yaranmasına səbəb olub və tıxacda qalan sürücülərdən biri yolun ortasında nəhəng heyvan görüb. Sürücünün lentə aldığı görüntülər gündəm olub.
Qeyd edilib ki, əslində, mamont gerçəkdir. Heyvanın əsl sümüklərindən ibarət müqəvva mükəmməl şəkildə qorunub saxlanılıb və İrkutskda nümayiş olunması üçün sərgiyə aparılır.
Sərgidə sakinlər 10 000 il əvvəl Yer kürəsində yaşamış nəhəngi görə biləcəklər. /Oxu.Az
Milli.Az





