Dünya

"Türkiyə də bu prosesə daxildir"

26 Oktyabr 2025 11:58
Baxış: 403
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bəli, bu mövzu barədə danışdıq. Geniş bir ərazini əhatə edirik. Hazırda hər şey yaxşı gedir, ABŞ-ın müdaxiləsinə ehtiyac yoxdur. Görünür, mühüm ölkələr məsələni özləri həll edə biləcəklər.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu sözləri ABŞ Prezidenti Donald Tramp ABŞ və Qətər arasında keçirilən təhlükəsizlik danışıqları, həmçinin bölgədə fəaliyyəti gözlənilən sülhməramlı qüvvələr barədə açıqlama verərkən deyib.

"Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və onların arxasında, hətta yanında duran bir çox dövlətlər var. Türkiyə də bu prosesə daxildir. Eyni zamanda İndoneziya, İordaniya və Misir də, eləcə də bölgədən bir qədər uzaqda yerləşən, hadisələrə birbaşa yaxın olmayan ölkələr də bu prosesin içərisindədir. Hər kəs bu prosesdə iştirak edir", - deyə Tramp söyləyib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani ilə Dohada görüşüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.