Sosial şəbəkələrdə İtaliyadan olan bəy ilə Naxçıvanlı xanımın xına mərasimindən yayılan görüntülər izləyicilərin marağına səbəb olub.
Milli.Az xəbər verir ki, paylaşılan videoda cütlüyün milli ənənələrə uyğun keçirilən xına gecəsində əyləncəli anları və qonaqlarla birlikdə Azərbaycan musiqilərinin sədaları altında əyləndiyi görülür. Mərasimdən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla qarşılanıb.
İzləyicilər cütlüyün mədəniyyətlərarası bu birliyini təqdir edib, onların xoşbəxtlik arzulayan çoxsaylı şərhlər yazıblar.
Qeyd edək ki, son illərdə azərbaycanlı xanımların xarici ölkə vətəndaşları ilə ailə qurması halları artmaqdadır. Bu cütlüyün toy mərasiminin yaxın günlərdə keçirilməsi gözlənilir.
Musa
Milli.Az





