Dünya

Avropa yoluxmanın artması səbəbindən səyahət qaydalarına yenidən baxacaq

24 Noyabr 2021 13:06
0 Şərh     Baxış: 252

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluge, Avropada təcili tədbirlər görülməsə, mart ayına qədər təxminən 500 min insanın koronavirusdan ölə biləcəyini söylədikdən sonra  Avropa Parlamentinin Baş Assambleyasında toplandı. Strasburqda və üzv dövlətlərin müxtəlif səviyyələrdə sərtləşdirdiyi tədbirlərin koordinasiyası müzakirə edilib.

Milli.Az aviatravel.az-a istinadən xəbər verir ki, Aİ Komissiyasının sağlamlıqdan məsul üzvü Stella Kyriakides sessiyadakı çıxışında bu mövzuda fikir ayrılıqlarının qarşısının alınması lazım olduğunu bildirib və Rəqəmsal Covid Sertifikatı tətbiqinin bütün üzv ölkələri birləşdirən bir element olduğuna diqqət çəkib. Kiriakides, həmçinin bildirib ki, komissiya bu həftə epidemiyanın yeni vəziyyətinə uyğun olaraq Aİ-də mövcud səyahət qaydalarına düzəlişlər edəcək.

Qeyd edək ki, epidemiya zamanı səyahəti asanlaşdırmaq üçün AB tərəfindən hazırlanan və 1 iyulda qüvvəyə minən Rəqəmsal Kovid Sertifikatı tətbiqi Aİ-də təsdiqləndi. BioNTech-Pfizer, Moderna, AstraZeneca və Johnson & Johnson vaksinləri ilə son dozadan iki həftə keçmiş insanlar ümumiyyətlə əlavə sınaqlara və ya səyahətlə bağlı əlavə məhdudiyyətlərə məruz qalmırlar.

Digər tərəfdən, son vaxtlar yoluxma hallarının xeyli artması səbəbindən məhdudiyyətləri sərtləşdirən tövsiyələrin Aİ nümayəndələrinə təqdim edəcəyi gözlənilir. Səyahətlərin qadağan edilməsinin tövsiyələr arasında olmayacağı, lakin bəzi ölkələrdə bağlanma qərarlarının və epidemiyanın gedişatının səyahətə təsir edəcəyi gözlənilir.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.