Dünya

“Maradona məni zorlayıb“ - Kubalı qadından iddia

20 Noyabr 2021 11:36
0 Şərh     Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kubalı qadın Mavis Alvares iddia edib ki, dünya şöhrətli futbolçu Dieqo Maradona onu zorlayıb.

Milli.Az Yenisabah.az-a istinadla xəbər verir ki, bundan əvvəl Argentina məhkəməsi Alvaresin 20 il əvvəl - 16 yaşında məşhur futbolçu Dieqo Maradona ilə 2 ay yarım birgə yaşadığına dair iddianı nəzərdən keçirib.

O, Maradona ilə narkotik asılılığından müalicə olunmaq üçün futbolçunun Kubaya gəldiyi vaxt tanış olub.

Hazırda 37 yaşında olan Mavis Alvares Maradona ilə birlikdə narkotik çəkdiyi və spirtli içki qəbul etdiyini də iddia edib.

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.