Dünya

Gənc argentinalı futbolçu polis tərəfindən güllələndi - FOTO

20 Noyabr 2021 12:00
0 Şərh     Baxış: 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentinada futbol ictimaiyyətində rezonans doğuran faciə baş verib. Belə ki, polis "Barracas Central" klubunun 17 yaşlı futbolçusu Lukas Qonzalesi güllələyib.

Faciə Barrakas rayonunda baş verib - bu, Buenos-Ayresin cənub-şərqindədir. Lukas Qonzales və dostları avtomobili idarə edərkən polis avtomobilə atəş açıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları öz hesabatlarında qeyd ediblər ki, gənclər yol ayrıclarından birində onları saxlamaq istəyən polis maşınını vurub.

"Barracas Central" futbol klubu istintaqın bu versiyasını dəstəkləmir və hadisənin ədalətli araşdırılmasını tələb edir.

Qeyd olunur ki, yaxın bir neçə gün üçün "Barracas Central" komandasında matəm elan edilib - matçlar və məşqlər ləğv edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.