Dünya

Bu dəfə də sual Lavrovun xoşuna gəlmədi - VİDEO

19 Noyabr 2021 19:48
0 Şərh     Baxış: 1 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransı zamanı isveçli jurnalistin sualını nalayiq adlandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Moskvada səfərdə olan ATƏT-in sədri, İsveçin XİN başçısı Ann Linde ilə keçirdiyi mətbuat konfransı zamanı isveçli jurnalist Lavrova belə bir sual ünvanlayıb:

"Rusiya Qərb demokratiyası ilə münasibətləri yaxşılaşdırmaq üçün hansısa addımlar atmağa hazırdırmı?"

Bu sual isə açıq-aydın Lavrovun xoşuna gəlməyib və o, bu cür sualın nalayiq olduğunu vurğulayıb. Lavrovun sözlərinə görə, bu cür davranış qərbli həmkarlarının ənənəsinə çevrilib.

Qeyd edək ki, S. Lavrovun iştirakı ilə mətbuat konfranslarında bu cür analoji hallar tez-tez yaşanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.