Dünya

Bill Qeytsdən gələn illə bağlı pandemiya proqnozu

19 Noyabr 2021 21:09
1 Şərh     Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusdan ölüm və ümumi infeksiya nisbətləri, yeni, daha təhlükəli variantların mövcud olmaması şərti ilə, gələn ilin ortalarına qədər sadəcə mövsümi qrip kimi olacaq.

Milli.Az bildirir ki, bu barədə "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts Sinqapurda biznesmen Maykl Blumberqin təşkil etdiyi "Yeni İqtisadi Forum"da deyib.

Onun sözlərinə görə, təbii immunitetin inkişafı, peyvəndləmə, yeni preparatların hazırlanması fonunda ölüm və yoluxma səviyyəsi kəskin şəkildə aşağı düşməlidir.

O, gələn ilin ortalarına qədər yeni ştammların olmadığı təqdirdə bu rəqəmlərin qrip kimi mövsümi rəqəmlərə çata biləcəyini proqnozlaşdırıb.

Bundan əlavə, Microsoft qurucusu gələn ildə koronavirus peyvəndi ilə bağlı problemlərin həllini gözlədiyini deyib. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.