Dünya

Fətullah Güləni zəhərləyib öldürüblər?

19 Noyabr 2021 10:18
0 Şərh     Baxış: 4 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən zəhərlənib və dünyasını dəyişib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gülən çərşənbə günü gecə ABŞ-ın Pensilvaniya ştatında yaşadığı evdə zəhərlənib. Gülənin ətrafında olan daha bir nəfər də zəhərlənərək ölüb.

Villanın əməkdaşlarına isə media ilə təmasdan yayınmaq tapşırılıb. Bu, Gülənə qarşı sui-qəsd kimi dəyərləndirilir.

Amerika polisi və mediası bu məsələ ilə bağlı hələ ki, məlumat yaymayıb. 

Anadolu Agentliyinin Vaşinqton Bürosunun rəhbəri Hakan Çopurun öz tvitter hesabında yaydığı məlumatda deyilir ki, Gülənin zəhərləndiyi, ölmüş ola biləcəyi, onu zəhərləyənin öldürüldüyü ilə bağlı iddialar yaxından izlənilir və araşdırılır.

Qeyd edək ki, Fətullah Gülən 2016-cı ilin iyulundan dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.