Artan enerji qiymətlərinin təsiri ilə oktyabr ayında İtaliyada inflyasiya 3 faiz təşkil edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.
Bildirilir ki, bu, 2012-ci ilin sentyabrından indiyədək ən yüksək inflyasiya göstəricisidir. İnflyasiya göstəricisinin artması enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi ilə əlaqədar olub. Oktyabrda ölkədə istehlak qiymətləri indeksi isə aylıq göstəricidə 0,7 faiz artıb.
Milli.Az