İtaliyada inflyasiya son 9 ildə ilk dəfə 3 faiz olub

17 Noyabr 2021 21:25

Artan enerji qiymətlərinin təsiri ilə oktyabr ayında İtaliyada inflyasiya 3 faiz təşkil edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.

Bildirilir ki, bu, 2012-ci ilin sentyabrından indiyədək ən yüksək inflyasiya göstəricisidir. İnflyasiya göstəricisinin artması enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi ilə əlaqədar olub. Oktyabrda ölkədə istehlak qiymətləri indeksi isə aylıq göstəricidə 0,7 faiz artıb.

Milli.Az