Dünya

İran indi də onları silahlandırır

12 Noyabr 2021 09:37
0 Şərh     Baxış: 2 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Yəmən husilərinə qaçaq yolla göndərdiyi silah-sursat indi də Ədən körfəzi üzərindən Somaliyə daşınır.

Bu barədə Cenevrədə yerləşən "Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs" (The Global Initiative against Transnational Organized Crime) adlı araşdırma mərkəzinin yaydığı hesabatda məlumat verilib.

Milli.Az bildirir ki, 8 ay ərzində Somalinin 13 müxtəlif bölgəsində 400-dən çox silah, eləcə də bölgə sularında digər ölkələrin hərbi dəniz qüvvələri tərəfindən saxlanmış kiçik qayıqların yükləri ilə bağlı aparılmış araşdırmalardan əldə edilən məlumatlar bu hərbi ləvazimatların Somaliyə qaçaq yolla Yəməndən aparıldığını göstərib.

Tədqiqat mərkəzi qeyd edir ki, hələ ki, bu silahları satan və alanların şəxsiyyətini dəqiqləşdirə bilməyib. Lakin İran tərəfindən göndərilmiş bu silahların üzərində olan seriya nömrələrinin bir-birinə çox oxşaması onların eyni partiyada göndərilməsindən xəbər verir.

Araşdırmada, habelə vurğulanır ki, silahları Somaliyə aparan qaçaqmalçıların ələ keçirilmiş qayıqlarının naviqasiya sistemi onların Yəməndən yola çıxdığını göstərir. Bundan başqa, Amerika qüvvələri tərəfindən saxlanmış həmin qayıqlardan birinin GPS sistemində İran, Yəmən və Somalidə bir neçə nöqtə yaddaşda qalıb. İran Hərbi Dəniz Qüvvələrinin bazalarından birinin yerləşdiyi Cask limanı ətrafında kiçik lövbər yeri və bölgədə silah qaçaqmalçılığının mərkəzlərindən biri hesab edilən Yəmənin Mukalla limanının adları onlar arasındadır.

Raportda əsas diqqətçəkən məqamlardan biri budur ki, sonda bu silahlar silah qaçaqmalçılarının əlinə keçir və onlar da silah-sursatı Somalidə hökumət müxalifləri ilə yanaşı, "Əl Qaidə" terror təşkilatına bağlı Şəbab qruplaşmasının terrorçularına satırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.