Dünya

Məşhur vəkil qohumunu evə çağırdıqdan sonra intihar etdi - FOTO

10 Noyabr 2021 11:40
0 Şərh     Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada məşhur vəkil Artur Vorobyovun öz mənzilində intihar edib. Bundan əvvəl o, qohumunu yanına dəvət edib və iddiaya görə, qızdırması olduğundan həkim çağırmasını istəyib. Sonra vəkil  həkimlərin gəlişindən əvvəl özünü qaydaya salması lazım olduğunu deyərək, qonağını qonşuya göndərib. Özü isə hamam otağında özünü silahla vurub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, mərhum intihar məktubu qoyub.

"Bitdi, yoruldum, gedirəm. Vəsiyyətnaməmi çoxdan yazmışam. Seyfləri açıq qoyuram ki, heç kim sındırmasın", - deyə ölümqabağı məktubunda yazıb.

Qeyd edək ki, Vorobyov təkcə hüquqşünas deyil, həm də alim idi. 2008-ci ildə o, hüquq fəlsəfəsi, politologiya və hüquqşünaslığın müxtəlif sahələri baxımından vəkillik peşəsi fenomenini tədqiq etdiyi ""Yukos işi" - Rusiya hüquq peşəsinin güzgüsü kimi" kitabını nəşr edib.

Mərhum həmçinin Moskva Şəhər Vəkillər Kollegiyasının üzvü olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.