Dünya

Yanacaq daşıyan maşın PARTLADI: 100-dən çox ölən var - VİDEO

6 Noyabr 2021 13:08
0 Şərh     Baxış: 2 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində yanacaq daşıyan tankerin yük maşını ilə toqquşması nəticəsində dəhşətli partlayış baş verib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 100-dən çox insan həlak olduğu güman edilir.

Qəzadan sonra şahidlər yerə dağılan yanacağı yığmağa başlayıb. Həmin an yanöın və güclü partlayış baş verib. 

Bəzi mənbələr həlak olanların sayının ən azı 400 nəfər olduğunu iddia edir. 

Yaxınlıqdakı onlarla ev, mağaza və maşın, eləcə də içərisində sərnişinlərin olduğu avtobus da yanıb.

Həlak olanlarla yanaşı xeyli sayda yanıq xəsarəti alanların olduğu da bildirilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.