Dünya

Ukrayna bu kəndi ələ keçirdi, faktlar var

5 Noyabr 2021 09:14
Baxış: 1 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyevin silahlı təxribatları Donbasda davamlı sülhün əldə olunması imkanlarını sarsıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib.

"Kiyevin bu taktikası nizamlanmanı dalana dirəyir. Bu, Minsk razılaşmalarının həyata keçirilməsi perspektivlərinə zərərli təsir göstərir", - Lukaşeviç söyləyib.

Lukaşeviç qeyd edib ki, Kiyevin daimi nümayəndəsinin qoşunların təmas xəttində - Staromaryevka kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin dəyişməməsi barədə bəyanatları ATƏT-in Xüsusi Monitorinqinin faktları və müşahidələri ilə təsdiqlənmir.

O söyləyib ki, Rusiya ATƏT-in Ukrayna hərbçilərinin Staromaryevkada olması ilə bağlı faktları tezliklə müəyyən edəcəyini gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.