Dünya

Məşhur yazıçının külü kitabına "köçürüldü"

3 Noyabr 2021 22:10
0 Şərh     Baxış: 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin may ayında vəfat edən belçikalı yazıçı Piter Haspeslaqın yandırılmış cəsədinin külləri onun bu yaxınlarda işıq üzü görən son kitabının çapında istifadə olunan mürəkkəbə qarışdırılıb. Həmin mürəkkəbdən kitabın yalnız ilk 25 min nüsxəsində istifadə olunub.

Milli.Az xəbər verir ki, kitablarını "Piter Aspe" adıyla imzalayan belçikalı yazıçı Piter Haspeslaqın "Van İn" seriyasının 5-ci - son kitabında istifadə edilən mürəkkəb gündəm olub.

Brüggedə bələdiyyə binasında təşkil olunan təqdimat mərasimində iştirak edən Haspeslaqın həyat yoldaşı Tamara Hanqeraf qeyd edib ki, onlar bu şəhərdə evləniblər. Əlavə edib ki, onlar üçün hər şey Brüggedə başlayıb və burada da bitib.

Piter Haspeslaqın 2-si uşaqlara həsr olunmuş 8 romanı var. O, 2010-cu ildə "Herkül Puaro" Ömür Boyu Müvəffəqiyyət Mükafatına layiq görülüb.

Qeyd edək ki, Piter Haspeslaq 68 yaşında ağciyər xəstəliyindən vəfat edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.