Dünya

Meksikada informasiya agentliyinin təsisçisi güllələnərək öldürülüb

29 Oktyabr 2021 10:34
0 Şərh     Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada tanınmış jurnalist Fredi Lopes Arevalo evinə qayıdarkən ölkənin cənubunda yerləşən San-Kristobal-de-las-Kasas bələdiyyəsində namələum şəxs tərəfindən güllələnərək öldürülüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli "Heraldo de Chiapas" nəşri məlumat yayıb.

Bildirilib ki, 62 yaşlı Fredi Lopes Arevalo müxtəlif xarici informasiya agentliklərinin müxbiri işləyib, yerli "Novedades de Mexico", "Prensa Libre de Guatemala" və "Notimex" nəşrlərində baş redaktor işləyib.

Fredi Lopes Arevalo "Maya Press" adlı regional informasiya agentliyini təsis edib. Agentlik Çyapas ştatında baş verən hadisələrlə bağlı oxucuları ispan, ingilis və fransız dillərində məlumatlandırır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.