Dünya

Marafon zaman 50 yaşlı atletin ürəyi dayandı

6 Oktyabr 2021 09:30
0 Şərh     Baxış: 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransalı idmançı Saxara səhrasında təşkil edilən marafon yarışı zamanı həyatını itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd olunur ki, 50 yaşlı fransalı atlet səhranın Mərakeş hissəsində təşkil olunan "Marathon des Sables" yarışının ikinci mərhələsində mübarizə apararkən qəflətən yıxılaraq ölüb.

Təçkilatçılar hadisə baş verən əraziyə tibbi vertolyot çağırıb.

Həkimlər idmançının həyatı uğrunda 45 dəqiqə mübarizə aparsa da, kənar müdaxilə heç bir nəticə verməyib.

Bildirilir ki, qaçışçı marafondan öncə bütün tibbi müayinələrdən keçib və səhhətində hər hansı problem aşkarlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.