Dünya

Böyük Britaniya ilə “Taliban” arasında təmaslar başlayıb

6 Oktyabr 2021 10:24
0 Şərh     Baxış: 999
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya Baş nazirinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Simon Qass Kabildə "Taliban"ın rəhbərliyində təmsil olan şəxslərlə görüşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, britaniyalı diplomatı İngiltərənin Əfqanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Mardin Lonqden müşayət edib.

Qeyd olunur ki, görüşdə Böyük Britaniyanı təmsil edən şəxslər humanitar böhranla əlaqədar vəziyyətin yoluna qoyulması, Əfqanıstanda terrorun qarşısını almaq və ölkəni tərk etmək istəyənlərin təhlükəsiz çıxışını təmin etmək istiqamətində "Taliaban"la əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.