Dünya

Azərbaycanı hədələyirdi, həbs olundu

30 Sentyabr 2021 21:29
0 Şərh     Baxış: 3 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvanın şəhər məhkəməsi Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın iki ay müddətinə həbs olunmasına qərar verib.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, hakim Mnasakan Martiroyan qərarın dərhal icra edilməsini tələb edib.

David Tonoyan və Ermənistan Müdafiə Nazirliyini silah-sursatla təmin edən şirkətlərin ən böyüyünün sahibi Davidl Qalstyan 2277323840 dram məbləğində mənimsəmədə və cəmiyyət üçün təhlükəli əməllərdə suçlanaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində tutulmuşdular.

David Tonoyan Ermənistanın müdafiə naziri olduğu dönəmdə, ötən il ABŞ-da erməni diasporu ilə görüşündə Azərbaycanı yeni müharibə ilə hədələmiş, "Yeni müharibə yeni ərazilər deməkdir!" söyləmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.