Dünya

London dünyanın ən yaxşı şəhəri seçildi

29 Sentyabr 2021 21:30
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

The World's 100 Best Cities, yaşamaq, işləmək və səyahət etmək üçün dünyanın ən yaxşı 100 şəhərinin reytinqini dərc etdi. Milli.Az aviatravel.az-a istinadən bildirir ki, turistik cazibə, yaşamaq, işləmək və iş görmək rahatlığı kimi göstəricilərə əsaslanaraq nüfuzlu Resonance Consultancy şirkəti tərəfindən təqdim edilən reytinqə görə, London birinci, Paris ikinci, Nyu York üçüncü, Moskva dördüncüdür. İlk beşliyi Dubay bağlayır.

Reytinq tərtib edilərkən, statistika altı əsas kateqoriyaya bölünərək 24 sahədə qiymətləndirilir. Beynəlxalq ekspertlər nəinki iqtisadiyyatın imkanlarını, ya da mədəni mühiti qiymətləndirirlər, şəhərin nə qədər balanslı inkişaf etdiyini belə təhlil edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.