Dünya

Koronavirusun əsas simptomları dəyişib

29 Sentyabr 2021 09:30
1 Şərh     Baxış: 1 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar koronaviruslu xəstələrdə mədə-bağırsaq traktı ilə əlaqəli simptomlar daha tez -tez rast gəlinir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı epidemioloq Xədicət Ömərova deyib:

"Koronavirus infeksiyası olan xəstələrdə edilən 35 araşdırmanın meta-analizinin nəticələrinə görə... mədə-bağırsaq traktının simptomlarının ümumi yayılması 15 % təşkil edir və ən çox rast gəlinənləri ürəkbulanma, qusma, ishal və iştahsızlıqdır".

Mütəxəssis vurğulayıb ki, koronaviruslu hər onuncu xəstədə heç bir əlavə simptom olmaya bilər.

Epidemiyanın ikinci dalğasında virusun mədə-bağırsağa təsiri daha tez-tez ortaya çıxmağa başlayıb, Ömərova bunun COVID-19 mutasiyalarından qaynaqlandığını qeyd edib.

Xəstəliyin fonunda sistemli iltihab və mikrosirkulyasiya pozğunluğu səbəbindən mədə-bağırsaq mukozasının keçiriciliyinin artması müşahidə olunur.

Alimlər mədə-bağırsaq traktının tənəffüs sistemi ilə birlikdə koronavirusun "giriş qapısı" kimi xidmət edə biləcəyi hipotezini nəzərdən keçirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.