Dünya

“Ford” 38 min krossoverini geri çağırır

27 Sentyabr 2021 10:52
0 Şərh     Baxış: 1 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "Ford" şirkəti 38 min avtomobilini geri çağırır.

Milli.Az report-a istinadən bildirir ki, söhbət 2021-ci il istehsalı olan "Mustang Mach-E" krossover tipli avtomobillərdən gedir.

Geri çağrılma düzgün bərkildilməyən ön şüşə və panorama lükla bağlıdır. Belə ki, bu qüsur nəticəsində nəqliyyat vasitəsi hərəkətdə olan zaman həmin detallar ayrılaraq düşə bilər. Şirkət hələlik belə hallar barədə hər məlumatın daxil olmadığını deyir.

Xatırladaq ki, iyulda "Ford" 850 min avtomobilini geri çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.