Dünya

Nigeriyada ordu karvanına hücum - 30 əsgər öldü

26 Sentyabr 2021 11:22
0 Şərh     Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatının yaraqlıları ordu karvanını pusquya salaraq 30 əsgəri öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli "Vanguard" nəşri yazıb.

Hadisə Borno əyalətinin Marte-Dikva bələdiyyəsinin ərazisində baş verib.

Hərbi yük maşınlarına hücum qumbaraatanlardan atəş açmaqla edilib.

Əvvəəlcə 16 əsgər ölüb, sonradan bu rəqəm 30-a yüksəlib. İtkin düşənlər var.

Qeyd edək ki, Boko Haram təşkilat olaraq 2002-ci ildə Nigeriyanın Borno əyalətində yaradılıb.

Hədəfləri Nigeriyada hakimiyyəti ələ keçirməkdir. 2009-cu ildən bəri aktiv terror fəaliyyətinə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.