Dünya

Fransada dənizdə çimərkən 9 turist boğulub

16 Sentyabr 2021 07:57
0 Şərh     Baxış: 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın Aralıq dənizi sahillərində anidən meydana gələn yüksək dalğalar 9 nəfərin ölümünə səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əvvəlcədən yerli hakimiyyət orqanları dənizdə yarana biləcək təhlükəli dalğalar barədə xəbərdarlıq edib.

Ölənlərin hamısı tövsiyələrə məhəl qoymayan və isti havada dənizdə çimən turistlər olub.

Qeyd edək ki, hazırda Fransanın cənub və şərqindəki altı departament baş verən ciddi leysan və daşqınlarla əlaqədar "narıncı" təhlükə səviyyəsinə daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.