Dünya

Aİ Azərbaycanı bu siyahıdan çıxardı

9 Sentyabr 2021 22:33
0 Şərh     Baxış: 1 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avorpa İttifaqı koronavirusla bağlı epidemik vəziyyət pisləşdiyindən birliyin xarici sərhədlərinin açılmasının tövsiyə olunduğu ölkələrin siyahısına yenidən baxmaq qərarına gəlib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Azərbaycan da daxil olmaqla 6 ölkə siyahıdan çıxarılıb, Uruqvay isə əlavə edilib. Siyahıdan çıxarılan ölkələr Azərbaycan, Albaniya, Serbiya, Ermənistan, Bruney və yaponiyadır.

Aİ-nin səyahət məhdudiyyətlərinin qaldırılması tövsiyə olunan dövlətlər siyahısına hazırda 13 ölkə daxildir: Avstraliya, Bosniya və Herseqovina, Kanada, İordaniya, Yeni Zelandiya, Qətər, Moldova, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Ukrayna, Uruqvay, Çin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.